Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Saakaşvilidən müsbət nəticələr gözləyir

Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilidən Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin sədri kimi xüsusən biznesin tənzimlənməsi və gömrük islahatları ilə əlaqədar müsbət nəticələr gözlədiyini bəyan edib.

Bu barədə “Ukrinform” məlumat yayıb.

"Saakaşvilinin vəzifəyə təyin edilməsindən iki gün sonra nəticə gözləmirəm, amma bu, yaxın aylarda olmalıdır. Nəticə biznesin tənzimlənməsi və gömrük islahatları ilə əlaqədardır", - deyə Zelenski bildirib.

saakasvili

Onun sözlərinə görə, Saakaşvili Gürcüstanda prezidentliyi dövründə həqiqətən korrupsiyanı aradan qaldıra və müasir gömrük sistemi yarada bilib: "Onunla bu barədə çox danışmışıq. Dedi ki, prezidentliyi dövründə gömrüyə yeni insanlar qoyub, sonra hamısını qovub. Bir müddət sonra yenilərini təyin edib, onları da qovub. Gömrükdə islahat belə mürəkkəb işdir. İstəyirəm ki, Saakaşvili bu işlə məşğul olsun”.

Ukrayna lideri ikinci məqam kimi Saakaşvilinin bir çox ölkə ilə kifayət qədər güclü investisiya əlaqələrinin olduğunu önə çəkib: “Batumi inşa edilərkən müxtəlif investorlar cəlb olundu, sonra böyük otellər şəbəkəsi qurdular. Onun təcrübəsi var".(virtualaz.org)

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »