Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
20 avtomobildən oğurluq edən saxlanılıb

Sumqayıtda avtomobillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən 31 yaşlı Asif Feyziyev tutulub.

Onun ətrafında aparılan araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs şəhərin müxtəlif ərazilərində ümumilikdə 20 avtomobili qarət edib. A.Feyziyev avtomobillərin yan şüşələrini özünəməxsus şəkildə qıraraq, oradan pul, maqnitofon, vətəndaşlara məxsus geyim əşyaları, fleşkartlar və qiymətli əşyalar aparıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə satıb.

Qeyd edək ki, istintaqa cəl olunan A.Feyziyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »