Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hande Harmancı: "Pandemiya əsas səhiyyə xidmətlərinə ciddi zərər vurur"

“Ötən dövr ərzində 3,7 milyon insan koronavirusa yoluxub, 250 mindən çox insan ölüb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

H.Harmancı deyib ki, Avropada 1, 6 milyon insan virusa yoluxub, 150 min nəfər ölüb: “Dünyada pandemiya əsas səhiyyə xidmətlərinə ciddi şəkildə zərər vurur”.

ÜST Azərbaycan nümayəndəliyinin rəhbəri qeyd edib ki, ÜST bir sıra qərarlar qəbul edib, həssas ölkələrlə əməkdaşlığı gücləndirəcək: “ÜST pandemiya ilə əlaqədar əhalinin sağlamlığını təmin etmək üçün ölkələri əlavə vasitələrlə təmin edəcək. Biomedikal avadanlıqlara çıxışın təmin edilməsi üçün tərəfdaşlarla əməkdaşlıq davam etdiriləcək. ÜST laboratoriya sahəsində əlaqələndirməni davam etdirəcək. İctimai səhiyyə sahəsində də UST ölkələrə yardım göstərəcək. ÜST davamlı riskləri idarə etmək üçün ölkələrə yardım edəcək. Ölkələrin testlərlə təmin edilməsinə də dəstək göstəriləcək”.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »