Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili qalmaqalına nöqtə qoyuldu

Gürcüstan eks-prezident Mixail Saakaşviliyə görə Ukrayna ilə diplomatik əlaqələrini kəsməyəcək, lakin onun sərgüzəştlərindən qorunmaq üçün taktika hazırlayacaq.

Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş Naziri Giorgi Qaxariya deyib.

Giorgi Qaxaria Giorgi Qaxaria

"Biz strateji tərəfdaşlığımızı, ölkələrimizin və xalqlarımızın qardaşlığını ayrı-ayrı məsuliyyətsiz siyasətçilər üzündən şübhə altında qoymayacağıq. Səfiri geri çağırdıq, lakin bu, diplomatik münasibətləri və ya strateji tərəfdaşlığı sual altına alacağımızı ifadə etmir. Səfiri yalnız münasibətlərimizi avantüristlərdən necə qorumağımız mövzusunda məsləhətləşmələr üçün çağırdıq”, - deyə Baş Nazir əlavə edib.

Bununla yanaşı, Qaxariya Ukrayna hakimiyyətinin Saakaşvilini Gürcüstanın işlərinə qarışmaqdan necə çəkindirəcəyi ilə maraqlandığını deyib.

Azvision.az xatırladır ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilini Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin edib. Buna cavab olaraq Gürcüstan öz səfirini məsləhətləşmələr üçün Kiyevdən geri çağırıb.

Gürcüstanın səfiri geri çağırmaq qərarından dərhal sonra Prezident Zelenski hər bir ölkənin kadr siyasətinin yalnız həmin dövlətə və vətəndaşlara aid olduğunu və Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu bəyan edib.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »