Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölümlə nəticələnən qəzaya görə cinayət işi başlanıb

İmişli rayonu ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü cinayət məsuliyyətinə cəlb edilib.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, mayın 4-də saat 6 radələrində İmişli şəhər sakini Ruslan Gülməmmədovun idarə etdiyi “Kamaz” markalı 30-BD-252 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Camal Kərimovun idarə etdiyi “Qazel” markalı 30-BE-192 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində sürücü C.Kərimovun və “Kamaz” markalı avtomobildə olan sərnişin Nizaməddin Musayevin vəfat etmələri, müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktına görə İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, şahidlər dindirilmiş, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

R.Gülməmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »