Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan "Avropa günü" münasibətilə Aİ-yə çağırış edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 May “Avropa günü”nün 70-ci ildönümü münasibətilə Avropa İttifaqının (Aİ) Türkiyə nümayəndəliyinə “Birlik, bərabərlik” mesajı ünvanlayıb.

APA-nın yerli bürosunun Türkiyə mediasına istinadla verdiyi məlumata görə, Ərdoğan bildirib ki, 1999-cu ildən Türkiyənin namizədlik statusunun Aİ-də qeyd olunmasından sonra “Avropa günü” ölkəsində də qeyd edilir.

Aİ Sçuman Bəyannaməsinin yaranma tarixini xatırladan Türkiyə Prezidenti qeyd edib ki, bu ideya vaxtilə bütün dünyanı viran qoyan müharibədən sonra yenidən dirçəlməyə, ölkələrin fikir ayrılıqlarını və düşmənçiliklərini sülh, təhlükəsizlik, inkişaf və rifahı üçün birləşməsinə imkan verib. Prezident hazırda isə heç bir sərhəd tanımayan ortaq düşmənin – yeni növ koronavirusun (COVID-19) təkcə sağlamlığı deyil, insanların rifahını, sosial həyatını, humanitar əlaqələrini belə təhlükə altında qoyduğunu bildirib.

Birgə olduqca güclü olmanın vacibliyini xatırladan Türkiyə Prezidenti bu gözəgörünməz düşmənin yaratdığı qlobal böhrandan Aİ-nin düzgün və vaxtında addım ataraq daha güclü çıxacağına ümid etdiyini qeyd edib: “Unutmaq olmaz ki, hər fəlakət fürsətlər gətirir. İnanıram ki, ayrı-seçkilik və nifrət dili bir kənara qoyulduqda, Avropanın ümumi maraqları kiçik siyasi oyunlar və ya milli maraqlar naminə qurban verilməyəcək və ədalətli olduqca önümüzə daha gözəl günlər gələcək”.

Ərdoğan onu da qeyd edib ki, qarşıda pandemiya ilə mübarizə, pandemiyadan sonrakı dövrdə iqtisadi baxımdan inkişafla yanaşı, qitəyə təsir edən bu böhrandan çıxmaq üçün regional inkişafları istiqamətləndirmək və terrorun yaratdığı miqrasiya problemləri, eləcə də terrorizmlə mübarizə səylərini birləşdirilməsi kimi çətin günlər də var: “Bu çətin günlərin yaratdığı Türkiyə - Avropa İttifaqı əlaqələrini yenidən canlandırmaq fürsətini yaxşı dəyərləndirməliyik. Ümid edirəm, bu günə qədər bir çox məsələdə ölkəmizin kənarda tutan Avropa İttifaqı hamımızın eyni gəmidə olduğumuzu anlayır”.

Ərdoğan bildirib ki, Türkiyə Aİ ilə müzakirə prosesində qarşılaşdığı bütün çətinliklərə baxmayaraq strateji hədəfi olan Avropa İttifaqına tam üzvlüyə qəbul edilməyə hazırdır: “İnanıram ki, Aİ üzvlüyünə namizəd, Aİ ilə gömrük əlaqələrində birlikdə və Aİ-nin ən əhəmiyyətli ticarət və investisiya ortaqlarından olan Türkiyənin bu pandemiya müddətində və pandemiya sonrakı mərhələdə ələ aldığı bütün tədbirlər, eləcə də Aİ ilə birgə fəaliyyətlərə qatılması Avropa İttifaqını daha güclü edəcək”.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› "Başa düşmürsünüzsə, vay bizim halımıza!" - Ter-Petrosyan
››› 76 ildən sonra bu gecə ilk dəfə dünyanın hər yerindən nadir təbiət hadisəsi görünəcək
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »