Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda hərbçilər yerli sakinləri döyüb atəş açıb

Ermənistanın Tavuş vilayətində atışma olub.

APA-nın xəbərinə görə, “shamshyan.com” saytı yazır ki, mayın 8-də Polisin İcevan bölməsinə Açacur kəndində kütləvi dava baş verməsi və atışma səsləri eşidilməsi barədə məlumat daxil olub.

Polis müəyyən edib ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçusu Sayad Nəzəryan üç hərbçi və 43 yaşlı İcevan sakini Edmon Ədilyanla birlikdə Açacur kəndinin 3 sakini - 49 yaşlı Vaçik Kokobelyan, 29 yaşlı Sevad Kokobelyan və 19 yaşlı Yuri Kokobelyanı döyüb, onlara bədən xəsarətləri yetirib.

Məlumatda bildirilir ki, S. Kokobelyan Ermənistan parlamentinin keçmiş deputatı Xaçatur Kokobelyanın oğludur.

Polis və Hərbi Polis S. Nəzəryanla birlikdə hadisəni törətmiş digər hərbçilərin və insident zamanı istifadə olunmuş silahın tapılması üçün tədbirlər görür.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »