Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Putin Qələbə bayramı münasibətilə Rusiya əhalisinə müraciət edib

Faşizm üzərində Qələbənin 75 illiyi münasibəti ilə Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ölkə başçısı Naməlum əsgərin abidəsi önündə çıxış edib. O, Qələbənin 75 illik yubileyinin təntənəli şəkildə mütləq qeyd olunacağını, o cümlədən "Ölməz alay" yürüşünün keçiriləcəyini söyləyib: "Biz bilirik və inanırıq ki, birlikdə olan zaman yenilməzik. Bizim üçün Qələbənin mənəvi əhəmiyyəti dəyişməz olaraq qalır. Bizim üçün bu ən başlıca, ən əziz bayramdır. Biz hər zaman bu bayramı təntənəli və ümumxalq şəklində qeyd edirik. Qələbənin 75 illiyini də mütləq geniş və hər zaman olduğu kimi layiqli qeyd edəcəyik".

Daha sonra V. Putin Naməlum əsgərin məzarı önünə əklil qoyub. Prezidentin çıxışı bitəndən sonra Qələbənin 75 illiyi münasibəti ilə Rusiya Hərbi Hava Qüvvələrinin iştirakı ilə parad başlayıb. Hərbi Kosmik Hava Qüvvələrinə məxsus 76 texnika paytaxt Moskvanın səmasında aviaşou göstərib.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »