Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada yoluxanların sayı 15 minə yaxınlaşır

Ukraynada daha 515 pasiyentdə koronavirus aşkarlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, son sutkada koronavirusdan 15 nəfər ölüb, 203 pasiyent sağalıb. Bununla da yoluxanların sayı 14 710-a, qurbanların sayı 376-ya, sağalanların sayı isə 2 909-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb. İndiyədək 4 400 498 nəfərə COVID-19 diaqnozu qoyulub.Dünyada koronavirusdan 1 375 812 nəfər sağalıb, 275 329 nəfər isə virusdan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »