Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da daha bir yüksək vəzifəli şəxs koronavirusa görə karantinə alınıb

ABŞ-da Ərzaq məhsulları və dərmanlara nəzarət üzrə idarənin başçısı Stiven Xan koronavirusa yoluxmaqda şübhəli bilinərək karantində saxlanılır.

“Report” “Politico”ya istinadən xəbər verir ki, bu barədə məlumat idarədən bildirilib.

Qeyd olunub ki, idarə başçısı 14 gün karantində qalacaq.

Məlumata görə, Stiven Xan ABŞ-ın vitse-prezidenti Maykl Pensin mətbuat katibi Keti Millerlə görüşüb. Mayın 8-də Keti Millerdə koronavirus aşkarlanıb.

Qeyd edək ki, mayın 6-da ABŞ prezidenti Donald Trampın köməkçilərindən birində koronavirus aşkar olunmuşdu. Ancaq Donald Tramp onunla təmasda olduğunu inkar edib.

Xatırladaq ki, ABŞ-da koronavirusa yoluxma hallarının sayı 1 245 622 təşkil edir.

Birləşmiş Ştatlarda 75 054 nəfər koronavirusdan ölüb. Ölkədə virusa yoluxmuş təxminən 190 min pasiyent sağalıb.

Son xəbərlər
Bütün xəbərlər »