Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan ordusu atəşkəs rejimini 27 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »