Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə "S-400"ün bir hissəsini istismar edir
"Türkiyə Rusiyanın “S-400” zenit-raket sistemlərini yerləşdirməyə davam edir və kompleksin müəyyən sistemlərinin istismarına başlayıb".

Bunu mayın 8-də Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib.

Onun sözlərinə görə, “S-400”ün yerləşdirilməsi davam edir və müəyyən sistemlər istismara verilib.

İ.Demir Rusiyanın Türkiyədə yerləşdirilən “S-400”lərə “istədiyi girişi” əldə etməyəcəyini də söyləyib: “Təchizat müqaviləsində təlim, texniki xidmət, texniki dəstək haqqında müddəaların olmasına baxmayaraq, Rusiya heyəti “S-400” batareyalarından istədiklərini əldə edə bilməyəcək”.

Qeyd edək ki, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın aprelin 30-da "S-400"ün koronavirus pandemiyası səbəbindən ölkə ərazisində yerləşdirilməsinin təxirə salındığını söyləmişdi. Bununla belə o, işlərin planlaşdırıldığı kimi davam edəcəyini də vurğulamışdı.

Dövlət Departamentinin sözçüsü Morqan Ortequs aprelin 21-də bildirmişdi ki, Vaşinqton Ankaranın “S-400”ün istismarına başlamasından “çox narahatdır”. (Report.az)

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »