Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan çağırış: “Sağlamlığımızın qorunmasında dövlətə dəstək olmalıyıq”

“Vətəndaşlarımız karantin rejiminin pilləli yumşaldılmasını yanlış anlayaraq vərdiş olaraq əməl edilməli bütün qaydaları artıq diqqətdən kənarda saxlayır. Nəticədə bu fəsadlara və fəlakətlərə gətirib çıxara bilər”.

Bu barədə Bizimyol.info-ya Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

Deputat qeyd edib ki, Cənab Prezident İlham Əliyevin modul tipli xəstəxanın açılışı zamanı söylədiyi fikirlərdə də bu əksini tapıb: “Prezident vətəndaşlarımı nizam-intizamlı və məsuliyyətli olmağa səsləyib. İlham Əliyevin çıxışında söylədiyi kimi “Məsələ ancaq dövlət qurumlarının fəaliyyətindən asılı deyil. Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar, biz bir nöqtəyə vurmalıyıq. Biz həmrəylik, birlik göstərmişik.”

Şahin Seyidzadə deyib ki, sağlamlığın qorunmasının öhdəliyi vətəndaşların özündədir: “Hökümət və vətəndaşlar qarşılıqlı məsuliyyət və öhdəlik münasibətindədir. Hökümətin qanun çərçivəsində və yaxud tövsiyə əsasında müxtəlif qaydalara riayət edilməsi üçün olan çağırışlara hal-hazırda vətəndaşların əksəriyyəti tərəfindən məhəl qoyulmur. Yəni, vətəndaşlar yumşalma prosesini karantin rejiminin bitməsi olaraq qəbul edərək bütün qaydaları artıq heçə sayır. Amma bir mövzunu anlamalıyıq ki, bu o demək deyil. Vətəndaşların sağlamlığı ilə bağlı başda Prezident olmaqla, hökümət məsuliyyət daşıyırsa, o zaman sağlamlığın qorunmasının öhdəliyi isə vətəndaşların özündədir. Paytaxt və regionlarda yaşayanlar bütün proseslərə məsuliyyətlə yanaşmalı, sağlamlığının qorunması üçün məsuliyyət daşıyan hökümətin tövsiyə və qaydalarına əməl etməkdə öhdəliyi anlamalıdır. Ən sadə tövsiyələrdən tutmuş qanuni qaydalara qədər ciddiyətlə yanaşaraq hökümət və xalqın qarşılıqlı münasibətini təmin etməliyik”.

Deputat bildirib ki, “Tarazlaşma” prinsipinə diqqət edilmir: “Hal-hazırda qanuni, eyni zamanda tövsiyə edici qaydalar mövcuddur. Nə qədər qanuni qaydalar liberallaşmağa doğru getsə bir o qədər tövsiyə edilən qaydalara məsuliyyətlə yanaşma və əməl edilməsinin öhdəliyi artır. Qanuni və tövsiyə edilən qaydaların riayət edilməsində “tarazlaşma” prinsipi qorunmalıdır.

Təəssüf ki, vətəndaşlarımız qanuni qaydalarda olan liberallaşmağa nisbətən tövsiyə edilən qaydalara biganə yanaşaraq, tarazlaşma prinsipini pozur. Yəni bu birmənalı olaraq karantin rejimi və post-karantində bizi gözləyən 2 təhlükə ilə qarşı-qarşıya gəlməyimizə zəmin yaradır. Yumşalma dönəmində - xəstəliyə yoluxma sayının artması yaxud sağlamlığını geri qazanmış şəxslərin yenidən bu xəstəliyə yoluxması.

Tövsiyə edilən qaydalara əməl etmək çox sadədir. Gigiyenik və sanitariya qaydalarına ciddi riayət etmək, qoruyucu maskadan istifadə, əllərin tez-tez təmizləyici vasitələrlə yuyulması, tibbi spirtlə dezinfeksiya edilməsi kimi məsələlər”.

Deputat Şahin Seyidzadə bildirib ki, narahatlığın azalması özünənəzarətin artmasına zəmin yaradır: “Yumşalma dönəmindən sonra olan statistikalar qənaətbəxş deyil. Bu göstəricilər artıq narahatlığı artır. Sözügedən narahatlıq isə vətəndaşlar arasında çox az hiss olunur. Bu narahatlıq və qayğı dövlət tərəfindən hiss edilir. Nəticə etibari ilə isə qaydalar yenidən sərtləşməli və ciddiləşərək əhalinin sağlamlığının təhlükəsizliyi təmin edilməlidir. Növbəti qərarlar qəbul edilən zaman ciddi diqqətdə saxlanılmalı 5 prinsipi yenidən dəyişməz olaraq qalır: 1) tələsməmək; 2) digər ölkələrin təcrübəsini nəzərdən keçirmək; 3) Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etmək; 4) yerli və müxtəlif sahələrin spesifik olan xüsusiyyətləri nəzərə almaq; 5) vətəndaşların gigiyenik-sanitar standartlara riayət etməsinə hazırlığı təmin etmək.

Yekun olaraq mən bütün vətəndaşlarımızı yumşalma proseslərində belə olsaq ehtiyatlı olmağa, göstəriş və tövsiyə verilən qaydalara əməl etməyə səsləyirəm. Biz sağlamlamlığımızın qorunmasında dövlətə dəstək olmalı və bu çətin dövrü birlikdə geridə qoymalıyıq. Çünki biz birlikdə güclüyük!”

Ramid İbrahimov

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› Xalq artistinin qardaşı oğlu şəhid olub - Foto
››› Kanada Türkiyəyə dron motorları satmaqdan imtina edib
Son xəbərlər
Bütün xəbərlər »