Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko yenə prezident seçkisinə gedir

Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ölkədə prezident seçkilərinin vaxtını elan edib. Sədr parlamentdə çıxışı zamanı səsvermənin avqustun 9-da keçiriləcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, hazırkı prezident Aleksandr Lukaşenko yenə prezident seçkisinə gedir. Dövlət başçısı 6-cı dəfə ölkə rəhbərliyi uğrunda mübarizəyə qoşulmaq fikrindədir.

Mərkəzi Seçki Komissiyasının rəhbəri başçılıq etdiyi qurumla, o cümlədən nümayəndələr palatası ilə məsləhətləşdiyini söyləyib. Sədrin sözlərinə görə, avqustun 9-u çox uyğun vaxtdır.

Lukaşenko Belarusa 1994-cü ildən başçılıq edir. Dövlət başçısı bu dəfə seçkilərin çox şəffaf və demokratik keçəcəyini bildirir. Onun dediyinə görə, qarşıdakı beş ildə konstitusiya da dəyişə bilər. Belarus müxalifəti isə vahid namizədi müəyyənləşdirmək üçün praymeriz keçirməyi planlaşdırır.

Son xəbərlər
Bütün xəbərlər »