Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Məşədi İbadın Gülnazı vəfat etdi - Foto
Mesedi Ibad - Tamara Gözəlova

Azərbaycanlı tamaşaçıların yadında "O olmasın, bu olsun” filmindəki gözəl Gülnaz obrazı ilə qalmış aktrisa Tamara Gözəlova 80 yaşında vəfat edib.

Bizimyol.info xəbər verir ki, məlumatı aktrisanın qohumları paylaşıblar. “Üzeyir ömrü”, “Qızmar günəş altında” filmlərində rol almış Tamara Gözəlova həmçinin 1956-1959-cu illərdə Azərbaycan Dövlət Televiziyasının diktoru olub.

Tamara Gözəlova

Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

Bir övladı olan Tamara Gözəlova 2020-ci il mayın 8-də vəfat edib vəfat edib.

İlhamə Rəsulova

Paylaş »
››› Virusa inanmayanlar üçün: Ölən 100 min nəfərin adı paylaşıldı
››› İyunda bürcləri nə gözləyir...
››› Məktəbli qız araqdan komaya düşüb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Oqtay Gülalıyevin oğlundan atası ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »