Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: “Bu, Gürcüstan tərəfinin səhvidir”

Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilinin Ukraynanın Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin başçısı təyin edilməsi ilə əlaqədar Gürcüstan tərəfinin Kiyevdəki səfirini geri çağırmasını səhv addım kimi dəyərləndirib.

“RİA Novosti” agentliyi xəbər verir ki, V.Zelenskinin bu barədə açıqlaması Ukraynanın "Naş" telekanalı yayımlanıb.

“Bizim Gürcüstanla və gürcü xalqı ilə əla münasibətlərimiz var. Nə baş verməsindən asılı olmayaraq, Gürcüstandakı səfirimizi geri çağırmaq fikrində deyilik. Hesab edirəm ki, bu, Gürcüstan tərəfinin səhvidir. Mənə elə gəlir ki, məsləhətləşmələrdən sonra bütün tərəflər bunu başa düşəcəklər ki, hər bir ölkənin kadr siyasəti bu ölkəyə və bu ölkədə yaşayan vətəndaşlara aiddir”, - Ukrayna Prezidenti jurnalistlərə bildirib.

Xatırladaq ki, V.Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Ukraynanın Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin başçısı vəzifəsinə təyin edib. Buna cavab olaraq Gürcüstan hökuməti Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.(oxu.az)

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »