Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus xəstələrini ölülərlə eyni palataya yerləşdiriblər - Video

Hindistanın Mumbay şəhərində Lokmanya Tilak Hospitalda çəkilmiş görüntülər bütün dünyada müzakirələrə səbəb olub.

Bizimyol.info xəbər verir ki, naməlum şəxsin sosial şəbəkələrə yerləşdirdiyi bu görüntülərdə koronavirusa yoluxmuş xəstələrin cəsəd torbalarına yerləşdirilmiş və üzəri örtülmüş meyitlərlə eyni otaqda saxlanıldığı görünür. 10 nəfər xəstənin olduğu palatada sağ insanlarla bərabər ölülər də görünməkdədir.

Hindistanın Maxaraştra ştatının parlament üzvü İteş Reyn hadisəyə münasibət bildirərək, bunu biabırçılıq adlandırıb. “Hökumət buna necə yol verə bilər? Bu ayıbdır, biabırçılıqdır”,- deyə siyasətçi öz Twitter hesabında deyib.

Qeyd edək ki, Hindistanda 53 min nəfər koronavirusa yoluxub, onlardan 1,7 min nəfərin öldüyü,15,3 min nəfərin sağaldığı bildirilir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »