Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakı Metropoliteni fəaliyyətini bərpa edir
Yeni metro qatarları

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı Metropoliteninin fəaliyyətinin 9 may 2020-ci il saat 06.00-dan etibarən bərpa edilməsinə dair qərar verilmişdir.

Bizimyol.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verililib.

Qeyd edilir ki, Bakı Metropoliteni pandemiya dövründə fəaliyyətini Operativ Qərargahın tələb və qaydalarına, o cümlədən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq həyata keçirməlidir.

Eyni zamanda metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilməlidir.

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.

Paylaş »
››› Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
››› Etirazçılar ABŞ-ı alova bürüdülər, Ağ Ev-ə hücum cəhdi baş verdi - Video
››› Şəki küçələrində dolaşan ayı ilə bağlı açıqlama - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Belə qəza görünməmişdi: Tısbağayla avtomobil kəllə kəlləyə gəldi - Video
Son xəbərlər
Bütün xəbərlər »