Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saxlanıldığı bildirilən nazir müavini QHT-ləri maliyyələşdirib

Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Sosial mediada yayılan məlumagta görə, mədəniyyət nazirinin müavini Rafiq Bayramov saxlanılıb.

Bizimyol.info xəbər verir ki, 2018-ci ildə nazir müavini vəzifəsinə təyin olunan R.Babayev mədəniyyət sahəsində keçirilən tədbirlərin maliyyələşdirilməsi sahəsinə nəzarət edib.

Belə ki, R.Babayev 2015-ci ilin yanvar ayından Mədəniyyət Nazirliyində “Qeyri-hökümət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir. Qaydaya əsasən dövlət büdcəsinin vəsaitləri hesabına QHT-lər tərəfindən mədəniyyət tədbirinin həyata keçirilməsi ilə bağlı tələb olunan xərclər Mədəniyyət Nazirliyi ilə QHT-lər arasında imzalanacaq qrant müqaviləsi əsasında maliyyələşdirilir.

Mədəniyyət sahəsində QHT-nin fəaliyyətinin dəstəklənməsi məqsədilə hər il yanvarın 31-dək nazirlik tərəfindən tədbirlər müəyyən edilir. QHT-lər tərəfindən mədəniyyət sahəsində keçirilməsi nəzərdə tutulan tədbirlərin dövlət büdcəsindən maliyyələşdirilməsi ilə bağlı ərizələr hər il mayın 1-dək nazirliyə təqdim edilir.

Mədəniyyət Nazirliyinin elan etdiyi sonuncu müsabiqələrdən biri koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsidir.

Ramid İbrahimov

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »