Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin və Merkel arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın federal kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Rusiya və Almaniya liderləri Avropa və dünyanın faşizmdən azad olunmasının 75-ci ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.

Rusiya və Almaniya üçün bu tarixin xüsusi, simvolik əhəmiyyətinin olduğunu vurğulanıb. Həmin illərdəki faciəvi hadisələrin tarixi xatirəsinin qorunub saxlanılmasının vacibliyi qeyd olunub.

Bildirilib ki, bu gün Rusiya və Almaniya bir çox aktual beynəlxalq problemlərin həllində tərəfdaşdırlar.

V.Putin və A.Merkel koronavirus pandemiyası ətrafındakı vəziyyət barədə fikir mübadiləsi apararaq infeksiyanın yayılmasına qarşı fəaliyyətdə sıx əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını vurğulayıblar.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »