Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əli Kərimliyə sözü dolayı yollarla deməyin" - Milli Məclisdə gərginlik

“Deputatlar AXC-Müsavat adını tez-tez çəkirlər”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Razi Nurullayev deyib.

Deputat bildirib ki, AXCP-nin sədri odur: “Mən 2015-ci ildən böyük məşəqqətlər keçərək bura gəlmişəm. Bu Məclisdə AXC şinelindən çıxmış çox hörmətli millət vəkillərimiz var.

Razi Nurullayev Razi Nurullayev

Mənə elə gəlir, biz qəbul ediriksə ki, bütün pisliklərin arxasında Əli Kərimli dayanır, gəlin onun adıyla deyək. Əli Kərimliyə sözü dolayı yollarla AXC-Müsavat ifadəsi ilə deməyin yeri yoxdur. Müsavatın adını çəkməyin isə heç yeri yoxdur. Mən burada Müsavatın təmsilçisi deyiləm, sadəcə, ədalətin bərqərar olmasını istəyirəm. Ona görə də xahiş edirəm, mənim AXCP sədri olduğumu nəzərə alaraq çıxışlarınızda buna diqqət edəsiniz”.

Əli Kərimli Əli Kərimli

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, həmin dövrü təftiş edəndə məsələni bir-iki nəfərlə əhatə etmək mümkün deyil: “Onlar elə bil hamısı bir yerə yığılmışdı. O Müsavatla indiki Müsavatı qarışdırmayın. O Müsavat İsa Qəmbərə vəsiyyətlə verilməmişdi. İndi Ölkədə nə qədər adamın adı Həsən, Hüseyndir. Onların hamısı imam deyil ki...”

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »