Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İran bir çox hallarda olduğu kimi, burada da səmimi deyil” - Deputat

Xəbər verdiyimiz kimi,İranın işğal olunmuş torpaqlarımızda, yəni Cəbrayıl rayonu ərazisində tikilmiş körpülərdən Ermənistan ərazisinə yük və yardım daşıması böyük müzakirələrin əsasını qoyub.

Xüsusilə bu gün, Şuşanın işğalının ildönümü günündə bu mövzu bizim üçün daha ağrılı səslənir. Bir çox ekspertlər, eləcə də sadə insanlar hesab edirlər ki, İran tərəfi bu sazişin hər iki dövlətin razılaşması əsasında həyata keçirildiyini desə də, əslində beynəlxalq qaydaları pozub. Bir çox ekspertlər isə, hesab edirlər ki, İran tərəfi işğal olunmuş ərazilərimizdə ermənilərlə onsuz da iş birliyinə girirdi, problemə hüquqi aspektdən yanaşmaq üçün Azərbaycan tərəfi bu sazişi bağlamağa məcbur olub.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Milli Məclisin deputatı Nəsib Məhəməliyev də İran tərəfinin Azərbaycana münasibətlərdə səmimi olmadığını qeyd edib.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Şuşanın işğalı günü hər birimiz üçün olduqca ağrılı gündür. Təkcə Şuşanın deyil, vətənin istənilən guşəsinin işğalı ağrıdıcıdır. Lakin strateji mövqeyinə, tarixən alınmaz qala, mədəniyyət beşiyi olduğuna, Dağlıq Qarabağ inzibati ərazisindən kənarda olduğuna və məhz xəyanət nəticəsində işğal olunduğuna görə, daha da ağrılıdır. Allah cəmi şəhidlərə rəhmət eləsin. Araz çayı üzərində çəkilmiş körpülər məsələsinə xarici işlər nazirliyi ətraflı aydınlıq gətirmişdir. İranla Azərbaycan arasında bağlanmış müqavilələrə əsasən həyata keçirilən kommunikasiyalar, ölkəmizin ərazi bütövlüyü çərçivəsində olmalıdır.

Qeyd etmək istəyirəm ki, Azərbaycanın İrana münasibətdə apardığı siyasət mehriban qonşuluq, daxili işlərinə qarışmamaq, onun əleyhinə beynəlxalq birlik tərəfindən tətbiq olunan sanksiyalarda iştirak etməmək, İrana hücum etmək üçün heç bir üçüncü qüvvələrə imkan verməmək və s. prinsiplərinə əsaslanır. Əlavə olaraq, beynəlxalq müstəvidə hərtərəfli dəstək verməklə, müxtəlif zəlzələr zamanı, bu yaxınlarda İranın ağır günlərində ölkəmiz İranın yanında oldu, maddi yardımlar etdi və biz hər zaman öz qonşuluq öhdəliklərimizi yerinə yetirəcəyik. Bir daha qeyd edirəm, bütün bunları doğru hesab etməklə, sadə azərbaycanlının da adekvat münasibət gözləməsi də tam anlaşılandır. Amma çox təəssüf ki, əksər hallarda münasibət gözlədiyimiz kimi olmamış, əksinə, İran torpaqlarımızı işğalda saxlayaraq, beynəlxalq hüquq prinsiplərinə meydan oxuyan erməni separatçılarına hərtərəfli dəstək vermişdir.

Qeyd etdiyiniz körpülərlə bağlı da bir vətəndaş kimi gəldiyim qənaət ondan ibarətdir ki, qonşumuz bir çox hallarda olduğu kimi, burada da səmimi deyil. Bu yaxınlarda internet vasitəsilə, Dağlıq Qarabağ ərazisində hərəkət edən İrana məxsus maşın karvanı bunun sübutudur. Qaldı ki, bu körpülərin tikintisinə ölkəmizin məcbur edilməsinə, mən buna qətiyyən inanmıram. Azərbaycan kifayət qədər beynəlxalq nüfuza malik,inkişaf etmiş güclü dövlətdir. Dövlətimiz əvvəl qeyd etdiyim kimi, bütün məsələlərdə olduğu kimi üzərinə düşən bütün vəzifələri icra etdiyi kimi, qonşularımız da Azərbaycan xalqı üçün həssas məsələlərdə diqqətli olsun. Bundan İran ancaq udar, nəinki, tarixən bütün qonşularına xəyanət etmiş ermənilərə qucaq açmaqdan”,- deyə deputat qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »