Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin “KQB”-dəki fəaliyyəti barədə danışıb

Rusiya Prezidenti Vladimir Putin dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti barədə danışıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin "Mir" telekanalına müsahibəsində dövlət təhlükəsizlik orqanlarında çalışdığı zaman əsasən qeyri-leqal kəşfiyyat xətti ilə işlədiyini bildirib.

“Əlbəttə ki, biz əcdadlarımızın, atalarımızın, analarımızın, babalarımızın və nənələrimizin özlərini necə apardıqlarını xatırlamalıyıq. Hər zaman onların Vətənə necə münasibət bəslədiklərinə əsaslanmalıyıq. Xüsusən də vətən təhlükədə olan zaman.

Bu irsdən çıxış edərək insanlar öz davranışlarını qurmalıdırlar. Analoji vəziyyətdə biz özümüzü necə aparardıq, bu, bizdən asılı olmalıdır. Mənim ilk iş yerim, ali məktəbi, Leninqrad Dövlət Universitetini bitirdikdən sonra dövlət təhlükəsizlik orqanlarında olub. Mən, olduqca tez xarici kəşfiyyat işinə düşmüşəm. Əsasən qeyri-leqal kəşfiyyat xətti ilə işləmişəm. Orada bizi istisnasız olaraq Vətənə sədaqət ruhunda tərbiyə ediblər. Lakin, Allah eləməsin, 1941-ci ildə atalarımızın və babalarımızın düşdüyü vəziyyətə düşək”, - deyə Rusiya Prezidenti vurğulayıb.

Paylaş »
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
Son xəbərlər
Bütün xəbərlər »