Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda pensiyaçıların sayı ötən illə müqayisədə 21,7 min nəfər azalıb

Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu-ilin 1 yanvar tarixinə olan 221 manatdan 2020-ci ilin 1 yanvar tarixinə 262 manata, o cümlədən müvafiq olaraq həmin tarixə yaşa görə əmək pensiyasının orta aylıq məbləği 249 manatdan 295 manata, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 185 manatdan 225 manata və ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 175 manatdan 201 manata yüksəlib.

APA-nın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.

Qeyd edilib ki, pensiyaların orta aylıq məbləği ötən illə müqayisədə 15,1%, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği isə 15,0 % artıb. ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemindən alınan operativ məlumata əsasən 01.01.2020-ci il tarixə ölkədə 1 milyon 278 min nəfər və ya ölkə əhalisinin 12,8%-i əmək pensiyası alanlardır.

Ölkə üzrə əmək pensiyaçılarının 745530 nəfəri və ya 58,3%-i yaşa görə, 383304 nəfəri və ya 30,0%-i əliliyə görə, 148923 nəfəri və ya 11,7%-i isə ailə başçısını itirməyə görə pensiya alır. Pensiyaçıların sayı ötən illə müqayisədə 21,7 min nəfər və ya 1,7 % azalıb.

2019-cu ilin əvvəlində əmək pensiyasının sığorta hissəsinin indeksləşməsi nəticəsində minimum pensiya 116 manatdan 119,76 manata qaldırılıb.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa 2019-cu ilin 1 mart tarixindən edilmiş dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu ilin 1 mart tarixindən 41 manat artırılaraq 119 manatdan 160 manata çatdırılıb ki, qeyd edilən artım 233 000 pensiyaçını əhatə edib. 2019-cu il 1 oktyabr tarixdən isə əmək pensiyasının minimum məbləği artırılaraq 160 manatdan 200 manata çatdırılıb ki, bu da öz növbəsində 660 min nəfərin pensiyasının artımı ilə nəticələnib.

Ümumilikdə, 2019-cu il ərzində əmək pensiyasının minimum məbləği 72% artıb.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »