Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: “Bəzi universitetlər distant təhsil sistemini qura bilməyib”

“Pandemiya dövründə təhsil sistemimizdə müəyyən problemlərlə qarşılaşmışıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Naqif Həmzəyev deyib.

O bildirib ki, bəzi universitetlər bu gün distant təhsil sistemini qura bilməyib: “Bu müddət ərzində çalışmalıyıq ki, universitetlərimizdə distant təhsil sistemini qura bilək. Qanunvericiliyə də bununla bağlı müvafiq dəyişiklik edilsin. Ümumilikdə, çalışmalıyıq ki, gələcəkdə belə problemlə qarşılaşanda təhsildə qətiyyən yubanma məsələsi olmasın. Bundan başqa, son vaxtlar koronavirusa yoluxanların sayında artım baş verir. Bunun bir səbəbi də nağdsız ödənişlər problemidir. Bankların qarşısında çoxlu adam yığılır. Bu məsələ ilə bağlı da çox ciddi qərarlar qəbul edilməlidir. Əhali arasında maarifləndirmə işi aparılmalıdır ki, nağdsız ödənişlərə üstünlük versinlər”.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »