Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandan Qarabağa körpü: “Bizi fakt qarşısında qoyublar”

Bu gün Şuşamızın Ermənistan tərəfindən işğal günüdür.Həmişəki kimi yenə bu günü incinərək, üzüntü ilə qeyd edirik. Qələbə arzularımıza son qoyulmasa da, işğal günündən bu yana körpünün altından çox sular axıb, üstəlik bir neçə gündür mətbuatın gündəminə düşmüş, İranla-Azərbaycan arasındakı körpü məsələsi də cəmiyyətimizi bir başqa cür qıcıqlandırmaqdadır.

Açıqcası cəmiyyət İran tərəfinin bu addımını, daha doğrusu işğal altında olan ərazilərimizdən çəkilən körpülərdən Ermənistana nəqliyyat dəhlizi kimi istifadə edilməsini arxadan zərbə kimi qiymətləndirməkdədir. Hər nə qədər İran tərəfi yazılan xəbərlərin iki ölkə arasında dostluq münasibətlərinə nifaq toxumu səpmək üçün yayıldığını söyləsə də, “görünən körpüyə bələdçi lazım deyil”.

Zaur Məmmədov Zaur Məmmədov

Politoloq, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədovun fikrinə görə, bu illər ərzində İran tərəfi faktiki olaraq manipulyasiya ilə məşqul olub. “Tikmək istəklərinə də çatdılar. Bizi fakt qarşısında qoyaraq”.

Dağlıq Qarabağ münaqişəsində İranın Azərbaycana qarşı rəsmi mövqeyi məlum olsa da, atdığı addımlar xalqımız tərəfindən birmənalı qarşılanmayıb.Bizimyol.info bu düşüncələrə politoloq Zaur Məmmədovun baxış bucağından işıq salmağa çalışır.

“Azərbaycan- Ermənistan Dağlqı Qarabağ münaqişəsində 1994-cü ildə sülhün əldə edilməsinə baxmayaraq, istənilən zaman müharibə başlanıla bilər. Qonşu dövlətlərlə mehriban qonşuluq əlaqələri bizim siyasətimizin prioritetidir. Özunü bizə dost , muttəfiq adlandıran dovlətlər praktiki xarisi siyasət fəaliyyətlərində bunu nümayiş etdirməlidirlər. Azərbaycan dövləti və xalqı işğal altındakl torpaqlarda xarici dovlətlərin apardiqları davranışı cox yaxından izləyir və həssaslıqla qarşılayır.

Müstəqillik illərində Heydər Əliyevin və onun davamçısı olaraq İlham Əliyevin həyata keçirdiyi rasional xarici siyasət regionda sabitliyin qorunmasına hesablanmışdı. Biz heç zaman şimal və cənub qonşularımız üçün torpaqlarımızda hərbi cəbhə yaratmadıq, Rusiya və Amerikanın rəqabətindən öz mənafeyimiz üçün istifadə etmədik.

Bu günlərdə İrandan işğal altındakı torpaqlarımız üzərindən Ermənistana nəqliyyat dəhlizinin yaradılması Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlığı nəzərdə tutan saziş, İrandan Dağlıq Qarabağa çəkilən 5 körpü barədə söhbətlər müzakirə olunur. Düşünürəm ki, 1990-cı illərdən indiyə qədər rəsmi Tehran Cənubi Qafqazda öz plan və layihələrini reallaşdırmaq üçün qərarlı olub və bu istiqamətdə xristian dövlətləri ilə həmsərhəd olan müsəlman Azərbaycanına qarşı təsir və təzyiq mexanizmlərindən də istifadə etməkdən çəkinməməkdədir”,- deyən politoloq əlavə edib ki,bizim dostlarımız və qeyri- dostlarımız bilməlidir ki, işğal altınadakı ərazilərimizdə hansısa tikintilərin getməsi nəticəni dəyişməyəcək. Müqavilənin imzalanması ilə bağlı xarici işlər nazirinin müavini Xələf Xələfovun açıqlanmasına xüsusi diqqət yetirilməlidir. Orda söhbət İranın Azərbaycanın ərazi bütövlüyünü tanımasından gedir. Azərbaycan İranın üzərinə məsuliyyət qoyur və bu məsuliyyət ondan ibarətdir ki, işğal olunmuş ərazilərimizdə işğalçılarla hüquqi çərçivədə əməkdaşlıq mümkün deyil.

Müqavilə İranın Azərbaycanın ərazi bütövlüyün tanınmasını de-yure həkk edir və Cəbrayıl istiqamətində Azərbaycan- İran sərhədlərimizin faktiki koordinatlarını göstərmiş olur.

“Bu labüddür. 2021-ci ildə status–kvo dəyişəcək və bu beynəlxalq qanunlara uyğun olaraq həyata keçiriləcək. O zaman sözügedən su elektrik stansiyaları və körpülər Azərbaycan xalqının istifadəsində olacaq”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »