Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəncə şəhərində oğurluq edənlər tutulublar

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir neçə evdən su qurğuları oğurlayan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Məmmədhəsən Həsənov və Elnur Axundov ayrı-ayrılıqda şəhər sakinlərinə məxsus su tənzimləyicilərini oğurlayıblar. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisələrini etiraf ediblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki köşklərdən oğurluq edən şəxslər də saxlanılıb.

Belə ki, Kərim Məmmədov və Zorxan Rzayev şəhər ərazisində fəaliyyət göstərən ümumilikdə köşkə qanunsuz daxil olaraq oradan tütün məmulatlarını, sim kartları və kassadan nağd pul oğurlayıblar. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, tütün

məmulatlarını müxtəlif ünvanlarda satdıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
Son xəbərlər
Bütün xəbərlər »