Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda iki avtobus toqquşub, xəsarət alanlar var

Sumqayıtda baş vermiş avtobus qəzasında 14 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıblar. İlkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilmiş N.Əliyeva və M.Məmişovun vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »