Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abe və Tramp koronavirus vaksini ilə bağlı fikir mübadiləsi aparıblar

Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası bildirib.

Donald Tramp

Məlumata görə, dövlət rəsmiləri telefon danışığında koronavirusla bağlı vəziyyəti müzakirə ediblər.

Danışıq 40 dəqiqə davam edib. Söhbətin təfərrüatları açıqlanmır, ancaq Yaponiya televiziyasının məlumatına görə, tərəflər çox güman ki, pandemiyanın dünya iqtisadiyyatına təsirini müzakirə ediblər və koronavirusa qarşı vaksinin hazırlanması problemi üzrə fikir mübadiləsi aparıblar.

Yaponiyanın baş naziri və ABŞ prezidenti sonuncu dəfə martda telefonla danışıblar. Tərəflər pandemiyaya görə Tokio Olimpiya oyunlarının gələn ilə qədər təxirə salınması məsələsini müzakirə ediblər.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »