Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Avropanın cənub ölkəsində virusa görə hava təmizlənib

Koronavirus İspaniyada çox can alıb. Amma pandemiyanın Avropanın cənub ölkəsinə faydası da dəyib.

Bizimyol.info xəbər verir ki, İspaniyada virusa görə hava təmizlənib. Ölkənin “Ekologiya hərəkətdə” təşkilatı bununla bağlı məlumat yayıb.

Mütəxəssislərin bildirdiyinə görə, əhalisi orta hesabla 150 min nəfər olan şəhərlərdə son 10 ilin göstəriciləri ilə müqayisədə təmizlənmə 58 faiz təşkil edib. Madriddə bu rəqəm 59, Barselonada 62-dir.

Əsas səbəb kimi avtomobillərin hərəkətinin kəskin azalması göstərilir. “İlk dəfədir ki, təxminən 40 gün maşınların hərəkət etməməsini görürük. Bilirdik ki, havaların çirklənməsi azalacaq, amma bu qədərini düşünmürdük”, - ekoloq Xuan Barsena belə deyir. Onun sözlərinə görə, indi havanın təmizliyi baxımından Madridlə dağ kəndi arasında fərq yoxdur. Aviareyslərin ləğvi də ekoloji vəziyyəti yaxşılaşdırıb.

İspaniya koronavirusa yoluxanların sayına görə dünyada ikinci, ölüm statistikasında isə üçüncüdür. İndiyə qədər 256 mindən çox ispanda infeksiya aşkarlanıb. Pandemiya İspaniyanın 26 mindən çox vətəndaşının ölümünə səbəb olub.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »