Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İcra başçıları pulların az bir hissəsini əl altında saxlayırlar" - Vəkil

Sosial şəbəkələrdə kapitalının az olması iddiası ilə bankların bağlandığı dövrdə həbs olunan icra başçılarının iş otağından külli miqdarda vəsaitlərin aşkar edilməsi məmurların banklara etibar etməməsi məsələsi gündəm olub.

Bank məsələləri üzrə ekspert, vəkil Əkrəm Həsənov Bizimyol.info-ya bildirib ki, oğru məmurların banklarda da pulları var.

Əkrəm Həsənov Əkrəm Həsənov

Ekspert vurğulayıb ki, oğru məmurlar pullarını bir yerdə saxlamırlar: “Oğru məmurlar xaricdə ölkələrdə ofşor şirkətlərin və qohumlarının adına daşınmaz əmlak alıblar. Qohumlarının adına Azərbaycanda da əmlak alıblar. Bəzi oğru məmurlar pullarını başqalarının adları ilə banklarda saxlayırlar. Pullarının az bir hissəsini isə əl altında saxlayırlar”.

Qeyd edək ki, 5 rayonun icra başçısı keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. İcra başçılar Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadı, rüşvət alma və başqa maddələri ilə ittiham olunaraq barələrində həbs qətiimkan tədbiri verilib.

Ramid İbrahimov

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »