Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı tibb bacısı göz yaşları ilə etiraf etdi: “Laqeydlik ucbatından minlərlə insan ölür” - Video

Koronavirus bəlası ABŞ-da səhiyyə sistemini çökdürməyə başlayıb.

Amerikalı tibb bacısı Sirotek mövcud vəziyyəti göz yaşları ilə qeyd edib: “Böyük laqeydlik var, bu səbəbdən minlərlə xəstə ölür. Artıq nə edəcəyimi bilmirəm”.

Qeyd edək ki, son vaxtlar Amerika koronavirus bəlası qarşısında aciz qalıb. Hər gün minlərlə yoluxma faktı aşkarlanır. Bu günə qədər ABŞ-da 1 milyon 263 min 243 nəfər koronavirusa yoluxub, 74 min 809 nəfər isə virusdan dünyasını dəyişib.

ABŞ-ın Nevada əyalətindən Nyu-Yorka göndərilən tibb bacısı Sirotek ölkənin səhiyyə sistemindəki vəziyyəti bütün açıqlığı ilə ortaya qoyub.

O, bildirib ki, koronavirusdan müalicə alan və sağalma şübhəsi olan xəstələrin hamısı dərhal nəfəs aparatından ayrılır, ölümün cənginə buraxılır: “Müdafiə qrupları belə bu insanlar barəsində bir tədbir görmür. Qara dərili insanların isə həyatları isə ümumiyyətlə veclərinə deyil. Vəziyyət çox ağırdır. Minlərlə insan məhz bu laqyedlik üzündən ölür”. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »