Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə lirəsi tarixinin ən ağır gününü yaşayır

Türkiyə lirəsi güc itirməkdə davam edir. Qardaş ölkənin milli valyitası tarixinin ən ağır gününü yaşayır.

Bizimyol.info xəbər verir ki, lirə bu gün dollara münasibətdə tarixi 7.24 həddini də aşıb. Günorta saatlarında ABŞ valyutası 7.2675-ə bərabər olub. Beləcə, 2018-ci ilin avqustundan sonra lirənin ən aşağı məzənnəsi qeydə alınıb.

Türkiyə pulu son illər yaxşı dövrünü keçirmir. 2018-ci ilin yayında vəziyyət indiki kimi bədbin görünürdü. Rahib Brunson qalmaqalı lirəyə ağır zərbə endirmişdi. Həmin ilin avqustunda 7.24 göstəricisi rəsmiləşmişdi.

“Resmi Gazete”də bu gün dərc olunan bir məqalə çox maraq doğurur. Burada xarici valyutalarla bağlı manipulyasiya ilə məşğul olanların ciddi cəzalandırılacağı, bankçılıq haqqında qanunun əsas götürüləcəyi yazılıb. Yəni rəsmi mövqedə xarici valyutaların ölkədəki məzənnəsinə süni müdaxilə olduğu bildirilir. Mütəxəssislər isə hazırkı durumda ən çox əziyyət çəkən ölkələrdən olan Türkiyədə milli pulun belə tez özünə gəlməyəcəyini proqnozlaşdırır.

Paylaş »
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
Son xəbərlər
Bütün xəbərlər »