Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində prezidenti poçtla seçəcəklər

Pandemiya ölkələrin seçki sistemini də sarsıdıb. Prosesi normal şərtlərlə həyata keçirmək inandırıcı görünmür. Buna görə də Polşada alternativ addım atmaq qərarına gəliblər.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsində prezidenti poçtla seçəcəklər. “Reuters”in məlumatına görə, Polşa parlamentinin aşağı palatası bu istiqamətdə təklif olunan qanun layihəsini bəyənib. Seçicilər səsini poçtla məktub şəklində göndərə biləcək.

Bir dəyişiklik var ki, prezident seçkisi mayın 10-da keçirilə bilməyəcək. Polşa yaxın günlərdə yeni qaydalar mexanizmini işə salmağa hazır deyil. Böyük ehtimalla seçki iyunda baş tutacaq. Seçkinin necə keçirilməsi karantin rejiminin ilk günlərindən müzakirə olunur. İqtidar və müxalifət arasında bununla bağlı ciddi fikir ayrılığı vardı. Müxalifət poçtla seçkinin saxtakarlığa yol açacağından ehtiyat edir. Amma qanun layihəsinin qəbulu başqa seçim qoymur.

Poşada koronavirusa yoluxanların sayı 15 min nəfərə çatıb. Xəstələrin 737-si həyatını itirib. Polşa Səhiyyə Nazirliyi təxminən 5 min nəfərin sağaldığını bildirir.

Son xəbərlər
Bütün xəbərlər »