Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məleykə Abbaszadə: "Məzunların cəmi 31 mini onlayn sınaq imtahanlarında iştirak edib"

"10 ildən çoxdur ki, onlayn sınaq imtahanları edirik. Bu ilin mart ayından pulsuz onlayn sınaq imtahanı keçirilir".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, hüquqi nəticəsi olan imtahanlarla bağlı təchizat fərqlidir: "Bu imtahanı yoxlayıcı şəxs izləyir, görüntü yazılmalıdır. Bunu nəzərə alaraq, yeni sınaq imtahanı mayın 20-dən sonra təqdim ediləcək. Orada hansı format olacaq, görüntü necə yazılacaq və s. bilinəcək".

M. Abbaszadə deyib ki, 120 min IX, 80 min XI sinif məzunu var, onlardan cəmi 31 mini sınaq imtahanlarında iştirak edib: "Bu da göstərir ki, onlar tam olaraq onlayn imtahan keçirməyə hazır deyillər. Kontingenti az olan imtahanları birinci yoxlamaq istəyirik. Onları regionlarda müəyyən yerlərdə kompüter arxasında imtahana dəvət edəcəyik. Amma istəyən kağız daşıyıcılarla olan imtahanda iştirak edə bilər".

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »