Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misirli milyarder: "Neftin qiyməti 100 dollara qədər artacaq"

Bir il yarım ərzində neftin bir barelinin qiyməti 100 ABŞ dollarına qədər artacaq.

“Report”un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu misirli milyarder, “Orascom Telecom Media and Technology” holdinqinin rəhbəri Naqib Saviris CNBC televiziyasına müsahibəsində bildirib.

“Mən həqiqətən inanıram ki, 18 aydan sonra neftin qiyməti 100 dollar/barelə çatacaq”,- deyə o bildirib.

Onun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanı bazardan ABŞ şist nefti istehsalçılarını çıxarmaq üçün qiymət müharibəsinə başlayıblar.

Saviris qeyd edib ki, Moskva və Ər-riad “qara qızıl”ın qiymətinin düşəcəyini bilirdilər, ancaq “rəqibi öldürmək” üçün vəziyyəti çətinləşdirdilər, sonradan da neftin bir barelinin qiymətin 50 və 60 ABŞ dolları olacağını gözləyiblər. “Hesab edirəm ki, bu hesablanmışdı”, deyə o bildirib.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »