Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın Qarabağda körpülər tikməsinə Gəncəliyevin köməkçisindən açıqlama

Sosial mediada İranın Araz çayı üzərində su anbarları və körpülər tikməsi müzakirələrə səbəb olub. İranın işğal olunmuş Azərbaycan toprpaqları istiqamətində tikdiyi su anbarları, bəndin üzərində ermənilərin nəzarət etdiyi yerlərə körpülər salması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bizimyol.info məsələ ilə bağlı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyevdən açıqlama almağa çalışıb.

Deputat T.Gəncəliyevin köməkçisi bu məsələ ilə bağlı ictimaiyyətin Xarici İşlər Nazirliyinin mövqeyi ilə tanış olmağını kifayət hesab edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu məsələ ilə bağlı verdiyi şərhdə bildirib ki, İran və Azərbaycan tərəfləri hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› Çoban Xanışın iki nəvəsi şəhid oldu
Son xəbərlər
Bütün xəbərlər »