Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pulu batanlarla bağlı açıqlama: "Bank bilir ki, onlar iddia qaldırası deyil"

Ötən ay Azərbaycan Mərkəzi Bankı tərəfindən 4 bank – “Amrahbank”, “NBC Bank”, “Ata Bank” və “AGBank”a müvəqqəti inzibatçılar təyin edildi.

Bu 4 bankın bazar payı birlikdə 5%-ə yaxın idi. Kredit bazarında bankların birgə payı təxminən 7%-dən aşağı idi.

Artıq uzun illərdir Azərbaycanda banklara olan inam itib. Burda əmanətləri olan vətəndaşların vəziyyəti necə olacaq və qanunla necə olmalıdır? Mərkəzi Bankın sədri Elman Rüstəmov bankların bağlanması ilə əlaqədar təəssüfləndiyini bildirərək iyunun 1-nə qədər əmanətlərin qaytarılacağını deyir. Lakin əvvəlki illərin də təcrübəsindən məlum idi ki, hamı əmanətlərini geri ala bilmədi. Bu məsələ hansı formada həllini dapmalıdır?

Bizimyol.info-nun suallarını Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov cavablandırır.

Ramil Abbasov Ramil Abbasov

- Ramil bəy, sizcə bağlanan banklarda əmanətləri olan əmanətçilər vəsaitlərini normal şəkildə geri ala biləcəklərmi?

-Suala cavab verməzdən öncə əmanətlərin sığortalanması haqqında qanuna baxaq. Banklar əmanətlərin sığortalanması üçün Əmanətlərin Sığortalanması Fondunun reyestrinə daxil olduqdan sonra 10 min manat və sonra əmanətlərin orta günlük qalıq məbləğinə uyğun olaraq müəyyən faizi həcmində təqvim haqqları ödəyir. Bu ödəmə gecikdirildikdə banka dəbbə pulu hesablanır. Ödənilən haqqlar isə fondun hesabında qalmır. Bu haqqlar dövlət qiymətli kağızlarında, mərkəzi bankların qiymətli kağızlarında, mərkəzi banklarda və yüksək reytinqli digər banklarda depozitlərdə, habelə yüksək reytinqli başqa maliyyə alətlərində yerləşdirilir. Başqa sözlə fond həm də bu haqqlardan gəlir götürür. Sığorta hadisəsi baş verdiyi zaman qorunan əmanətlər üzrə fond əmanətləri qanunvericiliyə uyğun olaraq vətəndaşa geri ödəyir. Sığorta haqqında qanuna görə kompensasiya vətəndaşdan ərizə alındığından 90 təqvim günü müddətində ödənməlidir. İqtisadiyyatın durğunluq yaşadığı bir dövrdə bu müddətə uyğun hərəkət etməyi düzgün saymıram. Bu vətəndaşlarda narahatçılıq yaradır və digər bank müştəriləri də əmanətlərini geri çəkməyə başlayacaq. İndi olmasa gələcəkdə banklara inamı azaldır. Ona görə də bu prosesi maksimum tez bitirmək lazımdır.

- Bəs bankların məcmu kapitalı əmanətçilərin borclarını qarşılamaq üçün yetərli ola bilərdimi?

-Bankın məcmu kapitalı bank haqqında bir çox məlumatı özündə ehtiva edir. Bu kapital banka həm gəlir götürmək, həm də sadə dildə desək dar gündə lazımdır. Öz öhdəliklərini ödəyə bilməyəndə məcmu kapitaldan istifadə edir. Ən vacib məqamlardan biri də kapitalın adekvatlıq əmsalıdır. Bu bizə bankın aktivləri içərisində hansı hissənin bankın öz kapitalı olduğunu göstərir. Bu göstərici də bankın kifayət qədər dayanıqlılığını əks etdirir. Mərkəzi Bankın tələbinə uyğun olaraq məcmu kapitalın adekvatlıq əmsalı müəyyən səviyyədə saxlanılır ki, banklar tərəfindən lazımsız və riskli investisiyalara gedilməsin. Bankın məcmu kapitalının 50 milyon manat olması hələki bankın dayanıqlı olması anlamına gəlmir. Bu sadəcə minimum tələbdir. Bir cümlə ilə sualınıza cavab verəcək olsam belə deyərdim- Məcmu kapital onsuz da azdır, indi də lap azalıb,800 milyon manat əmanəti qaytarmaq üçün bəs etməz. Məcmu kapital az olanlar bunu qaytara bilməz.

Bankın məcmu kapitalının əsas məqsədi həmin saydığımız risklərdən bankın qorunması, dayanıqlığının artırılmasıdır. Azərbaycan banklarında bu risk əmanətçinin hesabına ödənir. Əsasən hüquqi şəxs müştərilərinin bankda olan hesabı sığorta olunmadığına görə onların hesabına qorunan əmanətlər geri qaytarılır. Onsuz da qanunla da bank bilir ki, hüquqi şəxs heç bir iddia qaldırası deyil. Bu cür bəsit bir formada banklar idarə olunur.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti, 25 iyul 2012-ci il tarixli qərarı ilə bankların məcmu kapitalını 50 mln. manatadək artırılması ilə bağlı tələb irəli sürmüşdür. Məqsədi, bankların konsolidasiyasına (birləşməsinə) səbəb olmaq idi, lakin bu mümkün olmadı. Mərkəzi Bankın icazəsi olmadan, heç bir bank məcmu kapitalını azalda və ya nizamnamə kapitalını geri götürə bilməz.

-Əmanətçilərin vəsaitləri geriyə çox gec verilərsə, əlavə faiz hesablayıb verməli deyilmi?Məsələn bizlər bankdan kredit alıb gecikdirəndə əlavə faiz ödədiyimiz kimi.Üstəlik aldığımız krediti də bank bizə özünü sığortalayaraq verir.

-Əmanətlərin qaytarılması çox gec olmayacaq . Çox güman qorunanlar 90 günü keçməz. Faiz məsələsinə gəlincə bu qanunvericilikdə öz əksini tapmayıb. Biz banka pul qoyanda hesab növünə uyğun müqaviləyə qol çəkirik. Kredit konkret yazılır. Gecikməyə görə faiz verilməsinə dair muddəa qeyd edilmir.

- Dövlət də istehlak krediti verən banklara kömək edir, amma biznes krediti verən banklara isə kömək etmir.Səbəb nədir?

-Çünki, istehlak krediti götürən əhalinin aşağı təbəqəsi , gəliri aşağı olan təbəqələrdir. Onlara daha çox kömək lazımdır. İstehlak kreditlərində az vəsaitlə daha çox vətəndaşı razı salmaq olar.

- Bankların bağlanmasına əsas bağlanma səbəbi problemli kreditlər olur.Problemli kreditlər necə yaranır?

- Əsasən problemli kreditlər o zaman yaranirki, onların girovu zəif olur, yadaki heç girovsuz verilir. Devalivasiyadan sonra yarananlar da var. Bir qayda olaraq, girovu olan və sağlam verilən kreditlər geri qayıdır. İqtisadi səbəblərdən ödənilməyən kreditlərdə olan problem təbii sayılır. Bunun çıxış yolları var. Misal üçün restrukturizasiya olunur, müştəriyə güzəştli dövr verilir və.s. Bank əgər 20 milyon girovsuz və real olmayan sahəyə kredit verirsə artıq bu kredit təbii ki batacaq.

- Adətən, başqa dövlətlərdə bankların çox olmasına şərait yaradılır və dəstək göstərilir. Bizdə niyə belə deyil?

- Əslində bankin çox olması özü də problemdir. 50 milyon nizamnamə kapitalı tələbi bankların konsolidasiyasi üçün edilmisdir. Bankların birləşib daha dayanıqlı olmağı daha məqsədə uyğundur. Yalnız bunun indiki durgunluq dövründə edilməsi problemlər yaradir. Turkiyədə təxminən 50 bank var. Türkiyə həm ərazi baxımdan bizdən dəfələrlə böyikdur. Bizdə isə bu rəqəm 43 idi. Devalivasiyadan sonra bankların sayı azalıb.

-Bəs bankların bağlanmaması üçün hansısa dövlət dəstəyi oldumu?

- Banklara dövlət dəstəyi keçən il problemli kreditlərin böyük hissəsinin ödənməsi oldu.Bazarda yalnız güclülər qalmalıdır ki, onlar gələcəkdə dövlətə də yük olmasınlar.

- Qorunan əmanətlər qaytarılır , bəs qorunmayan əmanətlər necə?

- Qorunmayan əmanətlər qaytarılmayacaq.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu 2012-2017-ci illər ərzində sığorta hadisəsi baş vermiş 13 bankda sığortalı əmanətlər üzrə 1 yanvar 2019-ci il tarixinədək 824,3 milyon manat kompensasiya ödəyib.

Belə ki, ləğv prosesində olan “Royalbank” ASC-nin qorunan əmanətçilərinə 13,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 89%-i həcmində).

“Yunayted Kredit Bank” 1,8 milyon manat (ümumi kompensasiya öhdəliyinin 88%-i) “Bank of Azerbaijan” 24,2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) “Gəncəbank” 0,98 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) .

“Texnikabank” 120,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) ,“Parabank” 43,2 milyon manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 72,5 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) “Kredobank” 27,9 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99,6%-i) “Dekabank” 3,1 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) “Atrabank” 14,4 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) “Qafqaz İnkişaf Bankı” 2 milyon manat (ümumi kompensasiya öhdəliyinin 96%-i) “Bank Standard” 438,6 milyon manat (ümumi kompensasiya öhdəliyinin 99%-i) “Dəmirbank” 61,98 milyon manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənilib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »