Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vilyam Hacıyevin prokuror oğlu işdən çıxarılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Xatırladaq ki, ölkə başçısının sərəncamı ilə ötən gün İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Vilyam Hacıyev barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham olunur.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »