Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda banklar kredit faizini daha da yüksəldəcək

“4 bankı ən pis zamanda bağlayan Mərkəzi Bank əmanətçiləri sakitləşdirmək üçün əmanətlərin sığortalanması faizini 10%-dən 12%-ə qaldırdı. Yəni, indi vətəndaşların 12%-lə qoyduğu əmanətlər də sığortalanacaq, əvvəl bu hədd 10% idi.

Bu qərar əmanətçilərə sərf etsə də digər tərəfdən, bu qərardan sonra kreditlərin faizi də artacaq. Çünki, bankların kredit portfelində əmanətlərin payı 70% civarındadır. Ölkədə kredit faizləri çox yüksəkdir, bu qərardan sonra daha da yüksələcək”.

Natiq Cəfərli Natiq Cəfərli

Bu açıqlamanı Bizimyol.info-ya iqtisadçı Natiq Cəfərli verib.

İqtisadçı Rövşən Ağayev bildirib ki, 4 bankın bağlanması ilə biznesin cari hesablarda, uzunmüddətli depozit hesablarında, hesablaşma hesablarınd nə qədər pulu batdı. Böhran vaxtı bu da sahibkarlara bir başqa zərbə demək oldu.

Rövşən Ağayev Rövşən Ağayev

Bütün dünya sahibkara dövlət dəstəyinin hər formasından maksimum göstərir, bizdə də banklar bağlanır sahibkarlar yüz milyonlarla manat itirir. Bu suala da cavab verən yoxdur ki, ən azından biznesin cari və hesablaşma hesabındakı vəsaitlərin sığorta mexanizmi niyə olmasın?

MB sədri Elman Rüstəmov riskləri düzgün planlamağın vaciblyinə işarə vurur. Hökumət riskləri düzgün planlasaydı manat 2015-ci ildə o qədər kəskin dəyər itkisilə dünyanın qısa müddətdə ən çox dəyər itirən lider valyutasına çevrilməzdi. Hökumətin düzgün risk menecmenti olsa ölkə son 10 ildə ən azından neftdən asılılıq 10-15 faiz azalardı.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »