Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağlanan bank 5 ildir qanunsuz işləyirmiş: Mərkəzi Bank hara baxırmış?..

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmasınından sonra açıqlama verildi ki, audit hesabatlarına görə, “AG Bank”ın kapitalı 2014-cü ildə 44,9 milyon manat, 2015-ci ildə 43,5 milyon manat, 2016-ci ildə 30,7 milyon manat, 2017-ci ildə 28,8 milyon manat, 2018-ci ildə 28,8 milyon manatdır. 2019-ci il üzrə kapital açıqlanmayıb.

Sosial mediada bankın 5 ildir "Banklar haqqında" Qanunun tələblərini pozaraq fəaliyyət göstərdiyi iddia olunub. İddiaya görə, həmin qanunun 16-cı maddəsinə görə, bu hal bankın lisenziyasının alınması üçün kifayət idi. Ancaq bu vaxta kimi tədbir görülməyib.

Bank məsələləri üzrə eskpert Əkrəm Həsənov Bizimyol.info-ya bildirib ki, “AGBank” ASC müflis deyil, sadəcə bu bankın bəzi maliyyə problemləri var.

Əkrəm Həsənov

Ekspert deyib ki, bankın məcmu kapitalının 50 milyon olmaması onun lisenziyasının ləğvi üçün əsas ola da bilər, olmaya da bilər: “Məcmu kapitalının azalması o deməkdir ki bankın pulu yoxdur. Bank sadəcə, ehtiyat yaradır, Mərkəzi Bankın hesablama metodikasına görə o ehtiyat məcmu kapitaldan çıxılır. Ehtiyatlar da problemli kreditlər üzrə yaradılır. Problemli kreditdən problemli kreditə də fərq var. Məsələn, bir var “Atabank”ın problemli krediti, hansı ki bu bank girovsuz olaraq 30-40 milyon manat kredit verib. Bu problemlərin qayıtması ilə bağlı ümid də yoxdur. “AG Bank”ın isə problemli krediti fərqlidir. 240 mln. manatlıq kredit portfelinin 200 milyon manatından çoxunun girov təminatı var. Bank kreditlərin qayıtması üçün məhkəmələrə müraciət edəcək və bank qalib gələrək krediti geri qaytaracaq. Yəni kapital artıqlaması ilə bərpa olunacaq. Yəni bu bankın problemi müflislik deyil axı, müvəqqəti likvidlik problemidir. Bütün dünyada “AG bank” kimi banklara Mərkəzi Bank kredit verir. “AG bank” məhkəmdə qalib gəlib pulunu aldıqca Mərkəzi Bankın verdiyi krediti qaytaracaq. Düzdür, sahibkarlar məhkəmələrə təsir edirlər, işi uzadırlar.

Ona görə də, biznes krediti verən bankların işi çətindir, istehlak krediti verən bankların işi isə asandır. Dövlət də istehlak krediti verən banklara kömək edir, amma biznes krediti verən banklara isə kömək etmir. “AG bank”ın verdiyi kreditlərinin 85 faizi biznes kreditləridir. İndi də iqtisadi sistem, məhkəmə və hüquq sistemi belə gündə olduğuna görə yığa bilmir”.

Ekspert qeyd edib ki, “AG bank”da 140 milyon manat məbləğində vətəndaşın əmanəti var: “Bu əmanəti vətəndaşa dövlət verəcək. Sahibkarların isə orada 90 milyon manatı qalıb. O pul isə batacaq. Əgər bank bağlansa, Əmanətlərin Sığortalanması Fondu kredit portfelini darmadağın edəcək”.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
Son xəbərlər
Bütün xəbərlər »