Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“İran Dağlıq Qarabağ separatçılarına hər cür yardım edir” - Açıqlama
Körpü  Iran - Qarabağ

İşğal olunmuş Cəbrayıl rayonuna Araz çayı üzərində İrandan salınan körpülərə ölkə ictimaiyyətinin etirazlarından sonra İran tərəfi və Azərbaycan XİN açıqlama verməli oldu.

İran tərəfi bildirdi ki, 25 fevral 2016-cı ildə İranda rəsmi səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə iranlı həmkarı, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə ilə Xudafərin çayı üzərində "Xudafərin" SES və "Qız Qalası" su hidroqovşaqlarının bərpası barədə razılığa gəlinib. Həmin körpülər bu münasibətlə salınıb. Yəni ölkəmizə qarşı atılan bu addım əslində elə Azərbaycan XİN-in razılığı əsasında baş verib. İran tərəfinin rəsmi açıqlamasında bu məsələ bizə qarşı hörmətsizlik yox, əksinə Azərbayana edilmiş yaxşılıq kimi dəyərləndirilib.

“Xəritələrdə görünən 2 körpü qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir. Həmin 3 körpü isə gizli tikilməyib və İran tərəfi onları “DQR”-ə yox, Azərbaycan Respublikası ərazisinə çəkib. Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq. İranla Azərbaycan arasında çəkilən körpüləri başqa cür təqdim edənlərin niyyəti saf deyil, belə informasiyaları ciddi qəbul etməyin”

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu körpülərin və SES-in tikilməsinin Azərbaycan höküməti ilə razılaşdırıldığını deyir

“Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı il tarixində imzalanmışdır və bu Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləridir. Bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır”,- deyə Xələfov KİV-in suallarını cavabandırarkən deyib.

Politoloq Elşən Manafov Bizimyol.info-ya verdiyi açıqlamada Azərbaycan tərəfinin belə bir müqaviləyə razılıq verməsini Azərbaycan XİN-in səriştəsizliyi kimi qiymətləndirib.

Elşən Manafov Elşən Manafov

“İranın Ermənistanla münasibətlərinin mahiyyəti və indiki durumu Azərbaycanı narahat edir. İşğal olunmuş torpaqlar üzərindən Ermənistana hər hansı bir ad altında ərzaq məhsullarının daşınması, separatçı rejimə dəstək olması anlaşılan deyil. İran bir şiə müsəlman dövlətidir və ölkənin Ali Qanunvericiliyində deyilir ki, dünyanın hər hansı bir nöqtəsində müsəlman dövlətinə qarşı haqsızlıq edilərsə, İran buna qarşı çıxacaq, həmin dövlətlə birlik nümayiş etdirəcək. Təcavüzə qarşı mübarizədə haqq işini müdafiə edəcək. Bizim cənub qonşumuz olaraq İranın Ermənistanla münasibətləri təəssüf doğurur. Rəsmi Tehranın sərgilədiy mövqe ilə İranda ayrı-ayrı dairələrinin sərgilədiyi mövqe arasında fərq var. Rəsmi İran separatçı rejimlə əlaqəsinin olmadığını deyir.

Rəsmi Tehranın özüylə birbaşa bağlı olmasa da, bu kimi hadisəslər üzə çıxdıqda İran baş verən hadisələrə rəsmi açıqlama verərək, Azərbaycan tərəfini məmnun edə bilərdi. Sözügedən körpülərin tikilməsi məsləsində İran bizimlə əldə edilmiş razılılqları əsas götürür. Bu körpülər, bu stansiya bizdən çox Ermənistana fayda verir. İran Ermənistanın iqtisadi blokadadan çıxmasında iştirak edən əsas dövlətlərdən biridir. Ermənistanın İrandan başqa heç bir ölkə vasitəsilə dünyaya çıxışı yoxdur. Razılığın şərtləri İran tərəfindən gözlənilmirsə, Azərbaycanın beynəlxalq məhkəməyə müraciət etmək hüququ var. Lakin şərtləri bizim tərəfimizdən irəli sürülməyibsə, bu Azərbaycan XİN-in səriştəsizliyidir. Ermənistan baş nazirinin bir müddət öncə “Qarabağla bağlı Azərbaycanla heç bir danışıqdan söhbət gedə bilməz” ifadəsinə Azərbaycan XİN-in susması və zəif cavab verməsi də ictimaiyyətin narazılığına səbəb olmuşdu. XİN-in fəaliyyəti ölkə başçısı İlham Əliyevin diplomatiya sahəsindəki hücum xətti ilə müqayisədə çox zəif və yarıtmaz görünür.

Ermənistanla olduğu kimi İranla da məlum sazişin imzalanmasında yol verilmiş xətaları mən Azərbaycan XİN-in işində nöqsan kimi dəyərləndirirəm”,- deyə politoloq qeyd edib.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bizimyol.info-ya məsələ ilə bağlı verdiyi açıqlamada sərt mövqe sərgiləyib.

İlham İsmayıl İlham İsmayıl

“Azərbaycan Xarici İşlər Nazirliyinin İranın Araz çayı üzərində tikdiyi su anbarları və körpülər haqqında verdiyi açıqlamanı oxuyanda ilk baxışda elə görünür ki, bu bizim xeyrimizəymiş. Nə olsun ki, İran sazişdə “ərazi bütövlüyümüzün bərpa olunmasının əhəmiyyətini" vurğulayıb... Biz buna sevinməliyik? Əgər İran bizim suverenliyimizə hörmət edirsə, həmin körpülərin bizə aid olan hissəsində Azərbaycan əsgəri dayanmalıdır. Onun təhlükəsizliyinin qarantı rolunda çıxış etməyi niyə İran tərəfinin boynuna qoymalıdırlar. Bizim sərhədçilərin orada, hətta formal şəkildə dayanması qanuni zərurət idi. Azərbaycan əsgəri bu körpülərdən İran ərazisindən Ermənistana yardım daşınmasının qarşısını ala bilərdi.

Sazişdə “Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi…”.yazılır. Burda əsas diqqət”davam etdirilməsi” ifadəsinə yönəldilməlidir. Başlayanda İran bizə müraciət etmişdi ki, indi davam məsələsində bizimlə razılaşmaq istəyib?

Bizim razılığımız olmadan tikintiyə başlamaqlarını İrandan soruşmaq lazım idi.

Bu layihə bizə yox, İrana lazımdır. Bizim qol çəkib razılıq verdiyimiz körpülərdən İran Dağlıq Qarabağ separatçılarına hər cür yardım edir, bunu bildiyiniz halda hansı prinsipləri əsas tutub qol çəkmisiniz?”.

İlhamə

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Karantin cərimələri tutulmağa başladı
››› Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına Azərbaycandan reaksiya
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »