Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman alim: Virusun ikinci, üçüncü dalğası mütləq olacaq

Berlin Robert Kox Virusologiya İnstitutunun rəhbəri Lotar Viler bəyan edib ki, dünya yeni COVİD-19 epidemiyalarına hazır olmalıdır.

“Biz bilirik, əminik ki, ikinci dalğa olacaq. Ekspertlər bildirirlər ki, II və III dalğa da ola bilər.Lakin yeni dalğada xəstəliyin gücü hansı səviyyədə olacaq, onu deyə bilmərik.Dalğanın gücündən asılı olaraq müəyyən tədbirlər görüləcək ki, qarşısını ala bilək”.

Viler Almaniyda karantin qaydalarının yumşaldılmasına toxunaraq qeyd edib ki, istənilən halda həyat hələ uzun müddət öz normal axarına dönə bilməyəcək.

“Yeni həyatımızın qanunları bunlardır- sosial məsafəni qorumaq, gigiyenaya əməl etmək. Biz hələ bir neçə ay belə yaşamalıyıq. Bu dediklərimə əməl etmək heç də çətin deyil, bu günə qədər verdiyimiz əməyi boşa çıxarmamaq üçün bundan sonra da belə yaşamalıyıq. Bu qaydalara əməl edərək yaşamaq artıq bizim normal həyatımız olmalıdır”,- deyən Viler əlavə edib ki, virus artıq mutasiyaya uğrayıb. Lakin onun zəifləyib yaxud güclənməsi haqqında heç bir fikir söyləmək mümkün deyil:

“O sadəcə dəyişib.”Daha qorxuludr və ya daha az qorxuludur?” Bu sualın cavabı hələ naməlumdur.

İlhamə Rəsulova

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »