Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusdan sonra doğulan körpələrlə bağlı qorxunc iddia

ABŞ-ın Kaliforniya universitetinin mütəxəssisləri koronavirusun şizofreniyaya səbəb ola biləcəyi barədə iddia irəli sürüblər.

Bizimyol.info-nun məlumatına görə, alimlərin apardıqları araşdırmalar belə deməyə əsas verir - koronavirus mərkəzi sinir sistemini zədələmək gücünə sahibdir. Bu xüsusilə koronavirusa yoluxmuş hamilə qadınlar üçün təhlükə yaradır. Mütəxəssislərin fikrinə görə, ağır infeksiya zamanı pasiyentlərdə hallüsinasiya, illüziya kimi iti və davamlı psixotik simptomlar müşahidə edilir, zədələnmiş sinir sistemi ana bətnindəki körpələrdə də dərin travmalar yaradır.

Azərbaycanda biotəhlükəsizlik laboratoriyaları açıldı - Foto

“ Koronavirusa yoluxan hamilə qadınların uşaqlarında şizofreniya kimi psixoloji problemlər yarana bilər. Buna görə də xəstəliyə yoluxmuş hamilə qadınların bətnindəki körpələr də müşahidə altına alınmalıdır. Xəstəlik sağalsa da, onun sinir sisteminə vurduğu zədə qalıcı ola bilər”,- deyə mütəxəssislər həyəcan təbili çalıblar. Belə görünür ki, koronavirus təkcə bu günümüzü deyil, gələcəyimizi də hədəf altına alıb.

İlhamə Rəsulova

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »