Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo: “Trampın ÜST-lə bağlı aydın tapşırığı var”

ABŞ Dövlət katibi Mayk Pompeo koronavirusun yayılmasının qarşısını ala bilmədiyi üçün ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ yaratmasını istisna etməyib.

Bu barədə “Fox Business” məlumat yayıb.

M.Pompeo bildirib ki, hazırda ABŞ Prezident Administrasiyası hansı növbəti addımların daha yaxşı olacağını araşdırır.

O, ABŞ Prezidenti Donald Trampın qarşıya aydın tapşırıq qoyduğunu bildirib - ÜST-ün növbəti uğursuzluğuna imkan verməmək.

“Əgər öz tapşırıqlarını yerinə yetirməyəcəksə, ÜST-ə yüz milyonlarla ABŞ dollarının daxil olması yolverilməzdir”, - deyə M.Pompeo vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »