Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun yaradılması üzərində ABŞ və Çin alimləri birlikdə çalışıblar - Video

“Koronavirus 2013-cü ildə Çin və Amerika alimlərinin birgə fəaliyyəti nəticəsində yaradılıb və indiki koronavirusla 96,2 faiz uyğunluq təşkil edir. Bu qədər zaman içərisində vaksin hazırlanmadısa indi insanlığın ölüm qalım savaşı verdiyi bu dar zamanda vaksin hazırlanacaqmı? İnandırıcı görünmür”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Türkiyənin Bəyaz telekanalında yayımlanan “Hər açıdan” adlı proqramda araşdırmaçı yazar Murat Akan səsləndirib.

“Bir qrup insan efirlərə çıxaraq əhalini inandırmağa çalışır ki, bu təbii şəkildə yaranmış virusdur. Mən iddialarla yox, əlimdəki sənədlərlə deyirəm. Koronavirus çalışmaları artıq 17 ildir davam edir.Əsası 2003-cü ildə qoyulub.O zaman bütün koronavirus ailəsi üzərində aparılan tədqiqatların başında çinli virusoloq Şi Zenqli dayanırdı. Yarasa qadın adı verilmiş Zenqli Çinin ən önəmli virusoloqlarından biri, ölkənin kəşfiyyat idarələri ilə əlaqəsi olan insandır və ümumiyyətlə heç kimə gördüyü işlər barədə bir kəlmə də məlumat vermir.Uhan laboratoriyasının rəhbərlərindən biridir”,- deyən araşdırmaçı qeyd edib ki, virusun yayılmasına Çin tək günahkar deyil.

“Bu gün ABŞ ciddi cəhdlə Çini təqsirləndirir. Amma 2007-ci ildə ABŞ-da bir klinikada çinli və amerikalı alimlər birlikdə SARS virusu üzərində işləyiblər . ABŞ-ın “İndipayden” qəzetinin 2013-cü il 2 may buraxılışında “Qrxunc məsuliyyətsizlik” adlı məqalə dərc edildi və yeni qrip virusunun yaradılmasından söz açıldı.

2014-cü ildə də çinli və amerikalı virusoloqlar birlikdə çox önəmli bir süni virus çalışmasına başlayırlar. Guya koronavirus üzərində işlədiklərini bəyan ediblər. Araşdırmaların başında yenə Şi Zenqlinin adı çəkilir. Onunla birgə çalışan professor, ABŞ-da bioloji silahların yaradılması üzərində işləyən tanınmış elm adamlarından biri, professor, virusoloq Ralf Bariç “Nature medicine” nəşrinə bu barədə danışıblar.

Murat Akan Murat Akan

Xəbərdə deyilir ki, SARS-a bənzər yeni, qorxunc bir virusun üzə çıxmaq ehtimalı var.Və bunun yarasalardan yayıla biləcəyini deyiblər. Alimlər hibrid virusun SARS-ın tərs genetik kodlarından istifadə edərək hazırladıqlarından da söz açıblar. Bu işləri maliyyələşdirən qurum isə rəsmi olaraq ABŞ-ın Səhiyyə Nazirliyi olub. Nazirlik daha sonra bu təcrübənin qorxunc nəticələri ola biləcəyini əsas gətirərək layihəni dayandırsa da, araşdırmalar Uhanda davam etdirilib.

Sözdə insanlığın sağlamlığı üzərində çalışdıqlarını deyirlər və bu illər ərzində heç bir vaksin hazrılamayıblar? Bu bir qədər inanılmazdır.

Əslində önmüzdəki illərdə koronavirusdan daha dəhşətli viruslarla üz- üzə qalmaq ehtimalımız var. 2019-cu ilin oktyabr ayında Çin virusoloqlarının yeni bir layihə üzərində işləməyə başladığı barədə xəbər yayır.Araşdırmaların başında yenə də Şi Zenqlinin adı çəkilir.Onunla çalışan Huanq Yanq Linq virusu kənara sızdıran adam kimi bilinir.Bu adam necə olursa birdən-birə yoxa çıxır.İnstitutun arxivlərindən onun sənədləri də yoxa çıxardılır və hazrda Çində bu məsələylə bağlı danışan 11 jurnalistin də yoxa çıxması barədə iddialar var.

Çin dünyaya vurduğu ziyana görə təzminatların altından qalxa bilməyəcəyini bildiyi üçün məlumatları gizlədir və xəbəri yayanları aradan qaldırır.

Virusun qəsdən yayılmasını iddia edə bilmərəm. Lakin bu dünyada baş verən hər qorxunc hadisədən sonra dünya düzənində mütləq bir dəyişiklik olur.

11 sentyabr hadisəsindən sonra ABŞ İslam aləminə hücum etdi, o zaman da terror deyil, terrorçuların işi deyil dedik, ABŞ-ın öz siyasəti olduğu üzə çıxmadımı? II Dünya Müharibəsindən sonra Yaponiyaya atılan atom bombası dünyanın güclü dövlətlərinin onunla silahlanması və bu silahdan istifadə etmək istəyənlərə savaşlarla nəticələndi.İndi dünyanın bir çox dövlətləri və böyük təşkilatları bioloji silah hazırlanması üzərində marafaona başlayacaq.

Ona görə, hesab edirəm ki, bu gün içərisində yaşadığımız pandemiyadan sonra nələrin baş verəcəyi daha çox önəmlidir.Bu dəfə dünyanın siyasi və iqtisadi xəritəsində çox vacib dəyişikliklər baş verəcək”,-deyə ekspert qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »