Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər Marsda çayların izlərini aşkarladılar

Alimlər Marsda təxminən 3,7 milyard il əvvəl planetə axan çayların izlərini aşkar ediblər.

"Report" RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə "Nature Communications" elmi jurnalında dərc olunan araşdırmada bildirilib.

Utrext Universitetinin tədqiqatçılarının HiRISE kamerasından istifadə edərək NASA-nın Mars orbitindən çəkdiyi görüntüləri araşdırdıqları deyilir.

"Bu gün Marsın səthinin əsasən quru və soyuq olmasına baxmayaraq, oradakı maye suyun əvvəlki mövcudluğunu göstərən geomorfik dəlillər var. Orbital tədqiqatlar flüvial tipli (su axınının təsiri altında yaranan) relyefi ilə süxurların yığılmasını aşkar etdi" - araşdırmada deyilir.

Elm adamları xüsusən Hellas düzənliyinin şimal-qərb hissəsində (cənub yarımkürəsi) 200 metr yüksəklikdə təxminən 3,7 milyard yaşı olan qayalıq sahəyə diqqət çəkiblər. Qeyd edildiyi kimi, çöküntü qaya birləşmələri Yer kürəsinə bənzəyir. Elm adamlarına görə, belə bir uçurum ən azı 100 min il boyunca planetə davamlı axan çayların təsiri altında meydana gələ bilərdi.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »