Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İcra başçısı haqqında həbs qərarı verildi: İttihamlar açıqlandı
Vilyam Hacıyev

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev barəsində ilkin istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bizimyol.info xəbər verir ki, mayın 6-da axşam saat 19 radələrində Səbail rayon Məhkəməsində hakim Mədinə Bağırova onun haqqında həbs qərarı çıxarıb.

Qapalı keçirilən məhkəmə prosesində V.Hacıyev özü də iştirak edib. O, məhkəmə zalına Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının müşayiətilə gətirilib.

Məhkəmədə məlum olub ki, V.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Məlumata görə, V.Hacıyevə dövlət hesabına vəkil təyin edilib. Məhkəmədə də onun hüquqlarını həmin vəkil müdafiə edib.

Mayın 6-da həmçinin prezident İlham Əliyev V.hacıyevin İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda icra başçılarının həbs dalğası ötən ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub.

Bu ilin fevralında Neftçalanın, bir həftə öncə isə Biləsuvarın icra başçısı həbs edilib. Onların hamısı DTX əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs olunub.

Korrupsiya, vəzifə cinayətlərində ittiham olunan sabiq icra başçılarının işi üzrə istintaq araşdırmaları da DTX-da aparılır. Onlar DTX-nın istintaq təcridxanasında saxlanılırlar.

Paylaş »
››› Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
››› Etirazçılar ABŞ-ı alova bürüdülər, Ağ Ev-ə hücum cəhdi baş verdi - Video
››› Şəki küçələrində dolaşan ayı ilə bağlı açıqlama - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Belə qəza görünməmişdi: Tısbağayla avtomobil kəllə kəlləyə gəldi - Video
Son xəbərlər
Bütün xəbərlər »