Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa qəsəbəsi böhrandan çıxmaq üçün öz valyutasını hazırlayıb - Video

İtaliya pandemiyadan ən çox zərər görən ölkələr arasındadır. Ölkə iqtisadiyyatı hələ uzun müddət özünə gəlməyə çalışacaq.

Bizimyol.info xəbər verir ki, İtaliyanın cənubundakı Kastellino del Biferno qəsəbəsi böhrandan çıxmaq üçün öz valyutasını hazırlayıb. Poliqrafiya dükanlarından biri işi həyata keçirməyi üzərinə götürüb. “Lunea Molise Pubblicita”nın sahibi Antonio İannakone “Deutsche Welle”yə pulları adi kağızda çıxardıqlarını deyib. Sonra əsginaz laminasiya olunur. İndiyə qədər 10 min avro dəyərində yeni pul hazırlanıb.

Bələdiyyə başqanı Enriko Fratancelo böhrandan çıxmaq üçün bu yolu seçdiklərini deyib. Çünki qəsəbədə vəziyyət yaxşı deyil, işləyən 3-4 müəssisə qalıb.

Yeni valyutaya “dukati” adı verilib. 1 dukati 1 avroya bərabər sayılır. Əsginasların üzərində qəsəbənin tanınmış adamlarının fotoları əksini tapıb.

Bələdiyyə başqanı deyir ki, hələ 12 il əvvəl belə ideya ağlına gəlib. Koronavirus ideyanı həyata keçirmək fürsəti yaradıb.

Qəsəbə sakinləri durumdan məmnun görünür. Kastellino del Biferno sakini Mario Dancelo razı olduğunu gizlətmir: “Dukatiləri bizə bələdiyyə başqanı paylayıb. İşimizə çox yarayır. Mağazalar sonradan dukatiləri bələdiyyəyə təhvil verə bilir. Tələbat mallarını ala bilirik, bu əladır”.

Qəssab Alaa Ömər dukatinin ümumi sistemin işləməsinə çox kömək etdiyini söyləyib: “Yaxşı fikirdir”.

Fratancelo deyir ki, siyasətçinin vəzifəsi insanların sosial vəziyyəti haqda düşünməkdir. 2018-ci ildə məsələnin qanun tərəfi də həllini tapmışdı.

Son xəbərlər
Bütün xəbərlər »