Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın cənnət ölkəsi turistlərin yolunu gözləyir

Avropa pandemiya ilə mübarizədə qələbəsini rəsmiləşdirə bilməsə də, normal həyatın bərpasına tələsir. Ayrı-ayrı ölkələr karantin rejimini yumşaldıb.

Bizimyol.info xəbər verir ki, Xorvatiya yay üçün turistlərin yolunu gözləyir. Avropanın cənnət ölkəsi Adriatik dənizinin çimərliklərində istirahət şəraitinin cizgilərini cızır. Sosial Sağlıq İnstitutunun rəhbəri Krunoslav Çapak HRT dövlət telekanalına müsahibəsində turistlərə qapıların açılacağını bildirib: “Təbii ki, dəniz sahillərinə geəcəyik. Dənizə girməyi səbirsizliklə gözləyirəm. Amma çimərliklərdə izdihama imkan verməyəcəyik”.

Xorvatiya dövlət rəsmisinin sözlərinə görə, sosial məsafəyə ciddi diqqət yetiriləcək. Polis qaydaların əməl olunmasına fikir verəcək.

Xorvatiyada koronavirusla bağlı vəziyyət çox da pis deyil. İndiyə qədər cəmi 2119 nəfərin virus testi müsbət nəticə verib. Ümumilikdə 85 nəfər həyatını itirib.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› DİN fəala ermənilərlə mesajlaşmasına görə xəbərdarlıq etdi
Son xəbərlər
Bütün xəbərlər »